“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib - FOTO
    • 11-04-2019, 18:35
    • 1 032

“Təmiz hava” aylığı çərçivəsində reyd keçirilib - FOTO

Sumqayıt şəhəri ərazisində "Təmiz Hava" aylığı çərçivəsində maarifləndirci-profilaktik tədbir keçirilib

Sumqayıt şəhəri ərazisində "Təmiz Hava" aylığı çərçivəsində maarifləndirci-profilaktik tədbir keçirilib. Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi əməkdaşlarının kemirdikləri tədbir zamanı normativlərə uyğun gəlməyən nəqliyyat vasitələrinin sahibləri müvafiq qaydada cərimələniblər.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd, atmosfer havasının avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirklənməsinə nəzarətin gücləndirilməsi və təqsirkar şəxslər barəsində inzibati qaydada tədbirlərin görülməsi olub.

Təhlükəsizlik tədbirləri zamanı avtomobillərin mühərriklərinin ixrac etdiyi dəm qazı xüsusi qurğu ilə yoxlandıqdan sonra, sahibləri haqda müvafiq qaydada qərar qəbul edilib. "Təmiz Hava"aylığı çərçivəsində kemirilən tədbir zamanı şəhər ərazisində 50 avtomobil saxlanılıb, normadan artıq dəm qazı olan 5 avtomobilin sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib edilib. Bundan başqa digər qayda pozan sürücülər barəsində müvafiq qaydada cərimələr tətbiq edilib.