Fransadan İrana çağırış:
    • 7-01-2024, 11:19
    • 284

Fransadan İrana çağırış: "dərhal dayandırmalıdır"

İran və ona bağlı qruplaşmalar Qəzzada müharibə zamanı Yaxın Şərqdə daha geniş münaqişəyə səbəb ola biləcək sabitliyi pozan hərəkətlərini dayandırmalıdır”.

News24.az xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Ketrin Kolonna bildirib.

Fransız nazir iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyanla telefon danışığında Tehranın bölgədə sabitliyi pozan fəaliyyətlərindən danışıb.

“Regional alovlanma riski heç vaxt bu qədər böyük olmamışdı. İran və ona bağlı qruplaşmalar sabitliyi pozan hərəkətlərini dərhal dayandırmalıdır. Heç kim bu eskalasiyadan qalib çıxmayacaq”, - Kolonna bildirib.

Ayşən