-
- 17-10-2023, 20:33
- 222
Ararat Mirzoyan iranlı həmkarı ilə DANIŞDI
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
News24.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
İran XİN rəhbərinin təşəbbüsü ilə baş tutan telefon danışığında iki ölkə liderləri səviyyəsində müzakirə olunan istiqamətlər və formatlar üzrə əməkdaşlıq, eləcə də Ermənistan-İran ikitərəfli gündəliyinin təşviqi müzakirə olunub.
Telefon danışığı zamanı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi də aparıblar.