Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestri Qırmızı Meydanda ÇIXIŞ EDƏCƏK
    • 11-04-2019, 19:32
    • 2 037

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestri Qırmızı Meydanda ÇIXIŞ EDƏCƏK

23 Avqust-1 Sentyabr tarixləri arasında Rusiya paytaxtı Moskva şəhərinin Qırmızı Meydanında "Spasskaya Başnya" XII Beynəlxalq Hərbi Musiqi Festivalı  keçiriləcək.

News24.az
Rusiya KİV-inə istinadən xəbər verir ki, tərkibi hər il dəyişən hərbi-musiqi festivalında bu il izləyicilər yenə də maraqlı kollektivlərin çıxışlarını izləyə biləcəklər. Builki debütantlar arasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin orkestri də yer alacaq.

Orkestr 15 fevral 1992-ci il tarixində Bakı Birgə Komandanlıq Məktəbi tərkibində yaradılmışdır. O bu gün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əsas orkestrlərindən biri sayılır. Orkestrın tərkibi 52 musiqiçidən ibarətdir. Bədii rəhbəri polkovnik Etibar Əliyevdir.

Festival haqda təəssüratından danışan orkestrin hərbi-dirijoru mayor Fariz Məmmədzadə qeyd edib ki, uzun zamandır "Spasskaya başnya" festivalına tamaşaçı kimi baxıb. Hərbi orkestlərin nümayişi, iştirakçıların peşəkarlığı, təşkilatdakı hər bir detalın musiqiçi kimi onu cəlb etdiyini deyən F. Məmmədzadə drijoru olduğu orkestrin qatılacağı builki sözügedən festivalda zəngin repertuarı ilə tamaşaçıları heyran edəcəklərinə ümid etdiyini söyləyib.

Orkestr rəhbərliyi onu da bildirib ki, festival çərçivəsində Müslüm Maqomayevin əsərlərini ifa edəcəklər.