Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib - FOTO
    • 18-04-2019, 14:50
    • 1 725

Ali Hərbi Məktəbinin rəisi Türkiyədə bir sıra görüşlərdə iştirak edib - FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələri arasında keçirilən dostluq idman yarışları ilə əlaqədar Türkiyədə səfərdə olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov bu ölkənin Baş Qərargahının rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunlarının komandanı ordu generalı Ümit Dündar və Türkiyə Quru Qoşunları Hərbi Məktəbinin rəisi general İsmayıl Güzəllər ilə görüşüb.


Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, görüşlər zamanı tərəflər Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, həmçinin hər iki ölkənin hərbi təhsil müəssisələrinin müəllim-professor heyətinin qarşılıqlı səfərlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparıblar.