-
- 8-01-2024, 15:28
- 618
Minimum əməkhaqqı vergidən azad edilir? - Maaşlar artacaq
Milli Məclisdə müzakirə edilən mövzulardan biri də minimum əməkhaqqının vergidən azad edilməsidir.
News24.az xəbər verir ki, bu barədə Trend-in suallarını cavablandırarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, dövlət, eləcə də, neft sektorunda çalışan vətəndaşlarımız minimum əməkhaqqı aldığı təqdirdə onların əməkhaqları vergiyə cəlb olunur.
"Xüsusilə nəzərə alsaq ki, dövlət sektorunda minimum əməkhaqqı ilə çalışan vətəndaşlarımızın sayı elə də az deyil. Bu baxımdan, həmin əməkhaqqının vergidən azad edilməsi onların sosial təminatının gücləndiirlməsi baxımından vacibdir.
Belə ki, mövcud qaydalara əsasən, 345 manat minimum əməkhaqqı alan vətəndaşın əməkhaqqından 20 manat 20 qəpik gəlir vergisi çıxılır. Eyni zamanda, təxminən 10 manatdan bir az artıq sosial vergi çıxılır. Nəticə etibarilə 345 manatdan 200 manat çıxılır, qalan 145 manat 14 faiz gəlir vergisinə cəlb edilir.
Bizim təklifimiz ondan ibarətdir ki, bu halda 345 manatdan 200 manat çıxılmasın, vergidən azad edilən hissə 345 manat olsun. Bu, bir tərəfdən minimum əməkhaqqı alan vətəndaşlarımızın aldığı real əməkhaqqı məbləğinin yüksəlməsinə gətirib çıxara bilər", - deyə V.Bayramov əlavə edib.