30 terrorçu məhv edildi, hədəflər atəşə tutuldu
    • 8-01-2024, 17:43
    • 259

30 terrorçu məhv edildi, hədəflər atəşə tutuldu

Ötən gecə İsrail silahlı qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Fələstinin HƏMAS hərəkatının 30 hədəfinə hücum edib.

News24.az xəbər verir ki, bu barədə  İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. 

Məlum olub ki, hücumlar infrastruktura, anbarlara və yeraltı hədəflərə doğru edilib.

TSAXAL həmçinin İsrail ərazisinə raket atmağı planlaşdıran 10 “terrorçu”nun öldürüldüyünü açıqlayıb.

Gecədə İDF qoşunları və hava qüvvələri Xan Yunisdə yeraltı hədəflər, terror infrastrukturu və silah anbarları da daxil olmaqla 30 mühüm terror obyektinə zərbələr endirib. Bəyanatda deyilir ki, bu zərbələr ərazidə əməliyyat tədbirlərinin davam etdirilməsinə şərait yaradacaq.

Ayşən