Valentina Matviyenko “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM
Azərbaycan Prezidenti Valentina Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
News24.az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.