Rəşad Dağlının cinayəti ilə bağlı heç yerdə göstərilməyən kadrlar - VİDEO
    • 9-01-2024, 16:48
    • 439

Rəşad Dağlının cinayəti ilə bağlı heç yerdə göstərilməyən kadrlar - VİDEO

ARB-də yayımlanan "Kriminal" proqramı bu dəfə hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlıya həsr olunub. 

News24.az axşam.az-a istinadən xəbər verir ki, verilişdə meyxanaçının törətdiyi qətlin görüntüləri, hadisədən sonra an əks olunub.

Qeyd edək ki, Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi avtomobilində bıçaqla qətlə yetirib. Hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.