Xərçəngin dərmanı bu meyvədədir
    • Bu gün, 16:33
    • 248

Xərçəngin dərmanı bu meyvədədir

Dünyada ən çox görülən xərçəng növlərindən biri olan və dünyada üçüncü ən ölümcül xərçəng kimi tanınan kolon xərçəngi erkən diaqnoz qoyulmadığı təqdirdə ölüm riski yüksəkdir.

News24.az xəbər verir ki, bu gün az qala hər 10 adamdan birində rast gəlinən bu xərçəng xalq arasında yoğun bağırsaq kimi tanınan həzm sisteminin sonuncu hissəsində əmələ gəlir.

Prof. Dr. Ahmet Hulusi Dinçoğlu kolon xərçəngində təsirli ola biləcəyini düşündükləri və tərkibindəki antioksidant, immun sistemini tənzimləyən təsirləri ilə diqqəti cəlb edən "qara ağcaqayın meyvəsi" üzərində işə başlayıb.

Alimlər inkişaf etdirdikləri sintez metodu ilə apardıqları araşdırmalarda qara ağcaqayın meyvə ekstraktının komponentlərinin kolon xərçəngi hüceyrələrinə öldürücü təsir göstərdiyi qənaətinə gəliblər. Ölkəmizin bir çox yerində təbii şəkildə yetişən qara ağcaqayın meyvəsi, sonrakı araşdırmalardan sonra kolon xərçənginin müalicəsində istifadəyə yararlı hala gətiriləcək.

Araşdırma ilə bağlı məlumat verən mütəxəssis, “Qara ağcaqayın meyvəsinin tərkibində olan “antosiyaninlər” dediyimiz birləşmələrin xərçəngə qarşı təsirli olub-olmayacağı ilə bağlı araşdırma apardıq. Biz komandamızla bu işə ötən il başlamışıq. Bu işdə oxşar araşdırmalardan fərqli olaraq daha innovativ və yaşıl texnologiya dediyimiz sintez metodundan istifadə etdik.

Bu üsul bizim özümüz hazırladığımız bir üsuldur. İstifadə etdiyimiz üsulla ağcaqayın meyvəsinin tərkibindəki xərçəngə qarşı təsirli ola biləcəyini düşündüyümüz birləşmələri saf formada çıxara bildik. Bu nəticə artıq işimizin hazırkı mərhələsi üçün çox məhsuldar bir addım idi və uğurla yekunlaşıb. Növbəti addımda bu komponentlərin struktur xüsusiyyətlərini araşdırdıq.

Bu prosesi müvəffəqiyyətlə tamamladıq və sonrakı müddətdə bu komponentlərin kolon xərçəngi hüceyrələrinə təsirini təyin etmək üçün laboratoriya təcrübələri və hüceyrə testləri həyata keçirdik".

Laboratoriyada aparılan bir çox sınaq və üsullarla bu proses irəliləyib. Araşdırmamız nəticəsində əldə etdiyimiz məlumatlara görə, qara ağcaqayın meyvələrindən öz ekstraksiya üsulu ilə əldə etdiyimiz komponentlərin kolonlara qarşı öldürücü və xərçəng hüceyrələrini dağıdıcı təsiri var".

Günel Məlikzadə