-
- 10-01-2024, 20:48
- 529
İtin yanında siqaret çəkməyin! – SƏBƏB
ABŞ alimləri tütün tüstüsünün itlərə təsirini araşdırıb.
News24.az “Medicina”a istinadla xəbər verir ki, beynəlxalq veterinarlar itin yanında siqaret çəkmənin onun ölüm riskini 6 dəfə artırdığını sübut edib.
Nikotinin atı öldürdüyünü yəqin çoxları eşidib. Bəs insanın evinin içində olan itlərə tütün, nikotin necə əsir edir?
Əgər sahibi çəkirsə, o zaman it passiv siqarer çəkən hesab olunur.
Siqaret itlərdə onkologiya riskini artırır. Perdyu universitetinin alimləri şotland cinsində 6 yaşdan sonra şiş yaranmasında siqaretin təsirini araşdırıb.
Bu cinsdən itlər genetik olaraq sidik kisəsi xərçənginə 20 faiz daha risklidir. Tədqiqatda 120 it 3 il nəzarət altında olub. Alimlər onların sahiblərinin həyat tərzini də araşdırıb. İtlərdən sidik analizi götürülüb və nikotin metoboliti yoxlanılıb.Nəticədə 120 itdən 32-də sidik kisə karsinoması diaqnoz olundu. Onların 90%-i siqaret çəkən sahibi ilə yaşayırdı. Siqaret itlərdə xərçəngi 6 dəfə artırıb.
Ona görə də itlərin yanında qəlyan və siqaret çəkmək olmaz.