Parlament bəyan etdi: 2025-ci ildə siqaret tamamilə qadağan ediləcək
    • 17-12-2018, 15:53
    • 1 699

Parlament bəyan etdi: 2025-ci ildə siqaret tamamilə qadağan ediləcək

İsveç parlamenti gələn ilin iyul ayından etibarən siqaret çəkməyi, 2025-ci ilin sonunda isə tütün məmulatlarının satışını tamamilə qadağan edəcəyini bəyan edib.

Skandinaviya ölkəsində əhalinin 11 faizi siqaret aludəçisi olduğu, 10 fazinin isə bəlli vaxtlarda siqaret çəkdiyi statistikalarda yer alıb.

İtalyan “La Repubblica” qəzetinin Stokholm mənbələrinə istinadən xəbərinə görə, 2005-ci ildən qapalı yerlərdə siqaret çəkməyi qadağan edən İsveç gələn ilin iyul ayından etibarən açıq havada, xüsusilə parklarda, qatar stansiyalarında, stadionlarda, idman zalarında, ev, restoran və kafelərin qarşısında siqaret çəkməyi qadağan edəcək.

Hələlik isə iş və ictimai yerlərdə işçilər üçün siqaret çəkmək yerləri ayrılıb.

İsveç parlamenti 2025-ci ildən etibarən ölkədə tütün məmulatlarının bazara çıxarılmayacağını və beləliklə, siqaretin satışını tamamilə qadağan ediləcəyini siqaret çəkənlərə bəyan edib.

//Avropainfo