-
- 12-04-2019, 13:40
- 1 212
MTRŞ sədri: "Rüfət Axundova qadağa qoyulmayıb"
"Milli Televiziya və Radio Şurası "Space TV"-də baş verən hadisə ilə bağlı lazımı tədbiri gördü".
News24.az xəbər verir ki, bunu ONA-ya açıqlamasında "Space" TV-də müğənni Rüfət Axundovun və əməmkdar artist Rəşad İlyasovun efirdə qeyri-etik ifadələr işlətməsinə münasibət bildirən MTRŞ sədri Nuşirəvan Məhərrəmli deyib.
N. Məhərrəmli bildirib ki, MTRŞ telekanallarda həmin müğənniyə qadağa qoymaq barədə qərar qəbul etməyib:
"Sadəcə, MTRŞ telekanallara tövsiyə edib ki, bu cür insanlarla ehtiyatlı hərəkət etsinlər".
N. Məhərrəmli R. Axundovun həmin ifadəni dilə gətirmədiyi, bunun montaj olduğu barədə açıqlamasına da münasibət bildirib:
"MTRŞ monitorinq etdi, tədbir gördü, məsələ bununla da bitdi. Gələcəkdə telekanallarda belə hadisələr baş verəcəksə, ona uyğun da adekvat addımlar atılacaq".