-
- 10-01-2024, 22:20
- 602
Yaşımız çatmadan pensiya kapitalından istifadə edə biləcəyik? - RƏSMİ AÇIQLAMA
Pensiya yaşına çatmadan pensiya kapitalından istifadə edə bilmək məsələsinə aydınlıq gətirilib.
News24.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
O qeyd edib ki, bu metodologiya özəl pensiya fonduna xas olan cəhətdir.
"Özəl pensiya fondu ilə bağlı da normativ sənədlər hazırlanıb",- deyə o bildirib.
"Pensiya təyin olunmadan vəfat edən şəxsin isə pensiya kapitalı vəfat edən şəxsin ailə üzvlərinin maddi təminatının yaxşılaşdırılması istiqamətində istifadə olunur", - DSMF sədri əlavə edib.