-
- 11-01-2024, 13:33
- 323
Milyonlarla doza Covid-19 peyvəndi zibilliyə ATILDI
Uqanda hökumətinin kreditlə aldığı 5,6 milyon doza vaksin müddəti bitdiyi üçün atılıb.
News24.az xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, Uqanda Hesablama Məhkəməsinin sədri Con Muvanqa parlamentə verdiyi hesabatda Dünya Bankının krediti ilə satın alınan milyonlarla doza Covid-19 peyvəndinin istifadə müddətinin bitdiyini bildirib.
Muvanqa, müddəti bitmiş peyvəndin 5,6 milyon dozasının dəyərinin 7,3 milyon dollar olduğunu bildirib.
İstifadə müddəti bitmiş peyvəndlərə görə ilin sonuna qədər ümumilikdə 78 milyon dollar zərərin olacağının təxmin edildiyini vurğulayan Muvanqa, müalicə üsulunun dəyişməsi səbəbindən istifadə olunmayan QİÇS/HİV dərmanlarının da istifadə müddətini keçdiyini və dəyərinin 8,6 olduğunu qeyd edib.
Nəzrin