-
- 11-01-2024, 13:41
- 184
"İsrail Qəzzanı işğal etmək niyyətində deyil" - Netanyahu
"İsrail anklavı daimi olaraq işğal etmək və ya yerli Fələstin əhalisini köçürmək niyyətində deyil".
News24.az xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatlar yalnız Fələstinin radikal HƏMAS hərəkatını məhv etmək məqsədilə həyata keçirilir.
Netanyahu bildirib ki, İsrail ordusu mülki itkiləri minimuma endirmək üçün əlindən gələni edir.
O vurğulayıb ki, İsrailin bu hərbi əməliyyatda məqsədi Qəzza zolağının HƏMAS terrorçularından təmizlənməsi və anklavda saxlanılan (İsrailli) girovları azad etməkdir.
Qumral