-
- 26-12-2023, 11:03
- 310
Netanyahu sülhün şərtlərini açıqladı: "yalnız bu halda Yaxın Şərqdə.."
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında münaqişəyə son qoymaq üçün üç şərtini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın yazdığı məqalədə qeyd edilib.
“Bu, HƏMAS-ın dağıdılması, anklavın demilitarizasiyası və deradikallaşdırılmasıdır. HƏMAS məhv edilməli, Qəzza silahsızlaşdırılmalı və Fələstin cəmiyyəti deradikallaşdırılmalıdır. Bunlar Qəzza zolağında İsrail və onun Fələstinli qonşuları arasında sülh üçün üç ilkin şərtdir”, - Netanyahu bildirib.
Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və bir çox başqa ölkələr İsrailin radikal Fələstin hərəkatını məhv etmək niyyətini dəstəkləyir.
“Bu məqsədə çatmaq üçün onun hərbi imkanlarını aradan qaldırmaq və Qəzza zolağı üzərində siyasi üstünlüyünə son qoymaq lazımdır", - deyə Baş nazir qeyd edir.
Netanyahunu bildirir ki, anklavı demilitarizasiya etmək üçün Qəzza zolağının perimetri boyunca müvəqqəti təhlükəsizlik zonası və Qəzza zolağı ilə Misir arasındakı sərhəddə yoxlama mexanizmi yaratmaq lazımdır ki, bu da Qəzzaya silah qaçaqmalçılığının qarşısını alacaq.
Baş nazir onu da qeyd edib ki, Fələstin vətəndaş cəmiyyətinin xalqı terroru maliyyələşdirməkdənsə, ona qarşı mübarizəni dəstəkləmək üçün transformasiya edilməlidir: “HƏMAS məhv edildikdən, Qəzza zolağı silahsızlaşdırıldıqdan və Fələstin cəmiyyəti deradikalizasiya prosesinə başladıqdan sonra Qəzza bərpa oluna bilər və Yaxın Şərqdə daha geniş sülh perspektivləri reallığa çevriləcək”, - Netanyahu yekunlaşdırıb.
Ayşən