-
- 11-01-2024, 20:00
- 156
Haaqada İsraillə bağlı dinləmələrə başlanıldı
Bu gün Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İsrail işi ilə bağlı dinləmələrə start verilib.
News24.az axar-a istinadla xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Dinləmərər 12 yanvarda da davam etdiriləcək.
Qeyd edək ki, Cənubi Afrika Respublikası İsraili Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar zamanı soyqırım törətməkdə ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi.