Yaxın Şərqdə YENİ MÜHARİBƏ - ABŞ-dan Yəmənə ZƏRBƏLƏR
    • 12-01-2024, 11:19
    • 151

Yaxın Şərqdə YENİ MÜHARİBƏ - ABŞ-dan Yəmənə ZƏRBƏLƏR

ABŞ və Böyük Britaniya Yəmənə qarşı kütləvi hücuma keçib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin paytaxtı Səna və liman şəhərləri atəşə tutulub. Atışmaların başlamasından bir saat sonra ABŞ husilərin mövqelərinə endirilən zərbələrin məqsədlərinə çatdığını və hücumun başa çatdığını açıqlayıb. 

Məlumata görə, zərbələr üçün döyüş təyyarələrindən istifadə edilib. 

ABŞ prezidenti Co Bayden ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbənin müdafiə xarakteri daşıdığını açıqlayıb. Ağ Evin rəhbəri əlavə edib ki, Vaşinqton Yəmənə qarşı əlavə tədbirləri istisna etmir.

Böyük Britaniyanın baş naziri Rişi Sunak isə qeyri-döyüş dəstəyinin Hollandiya , Kanada və Bəhreyn tərəfindən verildiyini açıqlayıb.

Yəmən tərəfi də öz növbəsində hücumların qisasını alacağını bildirib. 


Qumral