İranda 5 alpinist qar uçqunu altında qalıb
    • 12-01-2024, 20:55
    • 149

İranda 5 alpinist qar uçqunu altında qalıb

İranda 5 alpinist qar uçqunu altında qalıb.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat verib.

"Bu gün Aşnoyedə 5 alpinist qar uçqunu altında qalıb. Dərhal hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 xilasetmə qrupu göndərilib", - direktor qeyd edib. Hazırda İranın bir sıra vilayətlərində güclü qar müşahidə olunur.

Əlborz vilayətinin yüksəkliklərində uçqun təhlükəsi var. Bundan əlavə, Kəndivanda da qayaların uçması ehtimalı var. Sürücülərə dağ yolları ilə hərəkət edərkən qış ləvazimatları götürmək, qayaların uçması və qar uçqunu səbəbindən dağların yamaclarında dayanmamaq tövsiyə edilib.