Qar uçqunu baş verdi - ÖLƏNLƏR VAR
    • 29-12-2019, 08:31
    • 782

Qar uçqunu baş verdi - ÖLƏNLƏR VAR

İtaliya Alp dağlarında qar uçqunu nəticəsində üç nəfər ölüb.

News24.az
"DW"-yə istinadən xəbər verir, 25 yaşlı qadın və iki yeddi yaşlı qız fəlakətin qurbanı olublar.  Ölənkərin hər üçü Almaniya vətəndaşıdır.

Qeyd edilib ki, Xilasetmə əməliyyatında 70 nəfər və üç helipokter iştirak edib. Qadın və yeddi yaşlı bir qız hadisə yerində, qadının qızı isə aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Uçqun nəticəsində daha iki alman xəsarət alıb, onlardan biri 11 yaşlı bir oğlandır. Hazırda xilasedicilər axtarışları davam etdirir.