Vətən müharibəsi iştirakçısı vəfat etdi
    • 13-01-2024, 14:10
    • 191

Vətən müharibəsi iştirakçısı vəfat etdi

Gəncədə Vətən müharibəsi iştirakçısı vəfat edib.

News24.az xəbər verir ki, 44 günlük Vətən müharibəsi iştirakçısı Əli Mehman oğlu Vəliyev dünyasını dəyişib. 

Xatırladaq ki, o, “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.