AYNA Operativ Qərargah YARATDI
    • 14-01-2024, 16:42
    • 112

AYNA Operativ Qərargah YARATDI

Qarlı hava şəraiti ilə əlaqədar Operativ Qərargah yaradılıb. 

Bu barədə News24.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, qurumun Monitorinq mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir: 

“Hava şəraiti ilə əlaqədar olaraq yollarda avtobusların hərəkəti tam nəzarətə götürülüb. Yarana biləcək problemlər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə dərhal yerində həll edilir. Yollar qardan təmizləndikcə avtobusların xəttə buraxılması təmin edilir” – SİTATIN SONU.

AYNA-dan həmçinin hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə edilib.


Fərid Azəri