Güclü ZƏLZƏLƏ OLDU
    • 18-05-2024, 15:30
    • 172

Güclü ZƏLZƏLƏ OLDU

Filippin sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az “Qafqazinfo”-ya istnadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların episentri təxminən 101 min insanın yaşadığı Colo şəhərindən 326 km cənub-şərqdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.