-
- 14-01-2024, 22:21
- 288
Rusiyalı məşhur iş adamı vətəndaşlıqdan imtina etdi
"Texnosila"nın keçmiş sahibi, iş adamı Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina edib.
News24.az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə "Linkedin" səhifəsində yazıb.
"Bu həftə mən rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşlığından imtina etdim, ölkə ilə rəsmi əlaqəmi dayandırdım", - deyə Kokoriç bildirib.
O əlavə edib ki, vətəndaşlıqdan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır.
Qeyd edək ki, "Texnosila" elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti "Dauria Aerospace"i təsis edib.