Daha bir ölkədə güclü zəlzələ oldu
    • 15-01-2024, 15:27
    • 649

Daha bir ölkədə güclü zəlzələ oldu

Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 143 min nəfər əhalisi olan Kalama şəhərindən 76 km cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 143 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat yoxdur.