Prezidentdən Ramiz Əskərlə bağlı SƏRƏNCAM
    • 15-01-2024, 17:01
    • 350

Prezidentdən Ramiz Əskərlə bağlı SƏRƏNCAM

Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov (Ramiz Əskər) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

News24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşını qeyd edən Ramiz Əksər Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvüdür.