-
- 15-01-2024, 18:30
- 209
Yaponiya XİN başçısı Türkiyəyə niyə səfər edir?
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko yanvarın 16-da Türkiyəyə səfər edəcək.
News.24.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.
Məlumata görə, səfər iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlıdır.
Nazir səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. Nazirlər ikitərəfli və regional məsələləri müzakirə edəcəklər.
Mehriban Mirzəzadə