Baş Prokurorluq: Sumqayıtda partlayışda 4 nəfər xəsarət alıb
    • 15-01-2024, 21:55
    • 141

Baş Prokurorluq: Sumqayıtda partlayışda 4 nəfər xəsarət alıb


Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə News24.az-dan daxil olmuş sorğuya cavab olaraq bildirilib.

Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir.

İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib.