“Sunset”də partlayış: yaralılar var - YENİLƏNDİ
    • 30-08-2022, 21:04
    • 422

“Sunset”də partlayış: yaralılar var - YENİLƏNDİ

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

Hazırda Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən News24.az-a verilən məlumata görə, faktla əlaqədar dərhal Nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

***

Sumqayıtda "Sunset" istirahət mərkəzində partlayış olub.

News24.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. 

Bildirilir ki, partlayış “Sinset” istirahət mərkəzinin qazanxanasında baş verib. Xəsarət alanların olduğu bildirilir.