-
- 13-04-2019, 12:15
- 906
Sağlamlıq imkanları məhdud tanınmış amerikalı müğənni ölkəmizdə SƏFƏRDƏ OLUB
Sağlamlıq imkanları məhdud tanınmış amerikalı müğənni-bəstəkar Toni Memmel öz qrupu ilə birgə ölkəmizdə səfərdə olub.
Səfəri çərçivəsində onun sağlamlıq imkanları məhdud istedadlı uşaq və gənclərlə görüşləri keçirilib.
ABŞ-ın Azərbaycandakı səfirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış amerikalı müğənni-bəstəkar, motivasiya spikeri Toni Memmel və qrupunun ölkəmizdə sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı azərbaycanlı uşaq və gənclərlə görüşləri keçirilib.
News24.az xəbər verir ki, Bakıya səfəri çərşivəsində musiqiçi öz qrupu ilə birlikdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Amerika Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramları ilə çıxış edib. Onun həmçinin Xaçmaz şəhər və Salyan şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzlərində də görüşləri olub.
Keçirilən bu tədbirlərin əsas məqsədi sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərin ruhlandırılmasından və yaradıcılıq meyllərinin dəstəklənməsindən ibarətdir.
Konsert proqramları zamanı sağlamlıq imkanları məhdud istedadlı uşaq və gənclər T.Memmellə bərabər ifa edib, müxtəlif musiqi alətlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.
T.Memmel Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılmış şəraitlə tanış olub, ölkəmizdə əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası üçün belə bir müasir Mərkəzin yaradılmasının təqdirəlayiq olduğunu qeyd edib. T.Memmelə gənclərin əl işi kimi hazırlanmış skripka, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi Fərqani Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.
T.Memmelin Azərbaycana ilk səfəri ABŞ Dövlət Departamentinin “İncəsənət Elçisi” Proqramının himayəsi ilə baş tutub.
Anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, T.Memmel gitarada ifa etməyinə kömək edə biləcək bir alət düzəldərək gitarada ifa etməyi təkbaşına öyrənib, Bon Iver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub, bundan sonra “Assoşieytid Pres” “CNN”, “Boston Qlob”, “Milvauki Cournal Sentinel” və “Çikaqo Tribyun” kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başlayıblar.
O, davamlı şəkildə həyata keçirilən geniş qastrollarda iştirakı nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. T.Memmel bu günə qədər 4 böyük və 2 kiçik həcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində bir çox konsertlər verib.