Aİ HƏMAS-ın siyasi liderinə qarşı sanksiya tətbiq etdi
    • 16-01-2024, 17:30
    • 196

Aİ HƏMAS-ın siyasi liderinə qarşı sanksiya tətbiq etdi

Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatının lideri Yəhya Sinvar Avropa İttifaqının sanksiya siyahısına salınıb.

News.24.az  xəbər verir ki, bu barədə Avropa Şurasının bəyanatında deyilir.

"Bu gün Şura daha bir nəfəri terrorçular siyahısına əlavə etmək qərarına gəlib. <...> HƏMAS-ın siyasi lideri Yəhya Sinvar", - deyə o qeyd edir.

Sənəddə sanksiyaların bu gün qüvvəyə mindiyi aydınlaşdırılır. 

Mehriban Mirzəzadə