Paytaxtda onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub
    • 17-01-2024, 00:16
    • 261

Paytaxtda onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub


Bakıda dörd nəfərin xəsarət alması ilə nəticələnən onsəkkizmərtəbəli binanın liftindəki qəzanın təfərrüatları məlum olub.

News24.az APA-ya istinadla xəbər verir ki, hadisə zamanı liftdə yeddi nəfər olub.

Sakinləri binanın 1-ci mərtəbəsindən 6-cı mərtəbəsinə qaldıran lift sonuncu mərtəbədə reysdən çıxaraq sürətlə aşağı düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin baş məsləhətçisi Aşur Məmmədov gəlib.

Hadisə zamanı yeddi nəfərdən dördü xəsarət alıb.