-
- 30-07-2018, 15:27
- 983
Elmira Axundova haqqında yayılan səs yazısından DANIŞDI: “...montajdır!”
Sosial şəbəkələrdə və bəzi KİV-lərdə Milli Məclisin deputatı Elmira Axundova ilə sahibkar Fərman Məmmədov arasında olduğu iddia edilən telefon söhbətinin audioyazısı yayılıb. Audioyazıda söhbət deputatın Fərman Məmmədova borclu olmasından bəhs edilir.
Elmira Axundova bildirib ki, audioyazısı montajdır.
“Adıkeçən ittihamlarla bağlı Fərman Məmmədovu Binəqədi məhkəməsinə vermişik. Bu işlərin araşdırılmasını tələb etmişik. Məhkəmə də onun xeyirə deyil. Avqustun 6-da növbəti iclas olacaq. Media əhlini məhkəməyə dəvət edirəm. O ki qaldı bu şərəfsiz insana, o qədər şəxsə qarşı cinayət hadisəsi törədib ki! Audio yazısı montajdır. 5 il bundan öncə baş verib. Yadımda deyil ki, nəyi demişəm, nəyi yox.
Fakt odur ki, biz ona borclu deyilik. Bunu istintaq da təsdiq edib. O isə məhkəmə və istintaqla razılaşmayaraq, təzyiq kimi hansısa video, audioyazılarını ortaya atıb. Bunların hamısını cinayət yolu ilə əldə edib. Bunun özü də cinayətdir
Hüquq-mühafizə orqanlarına müraciət edərək deyirəm ki, həmin audioyazılar araşdırılsın. Bu insan o qədər şərəfsizdir ki, vaxtilə qardaşı Zakir Məmmədova, Lalə Şövkətə qarşı edilən üsullardan mənə qarşı mübarizə aparır”.
Elmira Axundova adının Müdafiə Nazirliyi ilə əməkdaşlıq məsələsində hallanmasına belə cavab verib:
“Bunu gedin, Müdafiə Nazirliyindən öyrənin ki, belə bir şey var, yoxsa yox. Mən belə bir məsələdə kiminlə əməkdaşlıq etmişəm. Müdafiə Nazirliyindən mən, yaxud da oğlum pul alıb? Varmı belə hal?! Biz özümüz Binəqədi Məhkəməsindən tələb etmişik ki, Müdafiə Nazirliyinə bu barədə sorğu göndərsin. Cavab da odur ki, Elmira Axundova və oğlunun hansısa məsələ ilə əlaqəsi olmayıb. Kiminsə səsini yazmaq cinayətdir. 5-6 ilin söhbətidir. Kimin nə deməsi, nə danışması yadımda deyil. Bu insan hər gün zəng edib şantaj yolu ilə pul tələb edirdi. Hər gün də nəsə danışırdı. Sadəcə olaraq demək istəyirəm ki, Binəqədi Məhkəməsində iş gedir. Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərilib ki, Elmira Axundovanın hər hansı qurumla əməkdaşlığı olub, yoxsa yox?! Bunu özüm xahiş etmişəm ki, araşdırsınlar. Fərman Məmmədov cinayətkardır. Şəxsi işlərə qarışmaqla, çirkin metodlarla bizə qarşı mübarizə aparır. Bu üsullarla heç nə əldə edə bilməyəcək”.
Modern.az