Beyləqanda çörəkbişirmə sexində yanğın olub
    • 13-04-2019, 15:31
    • 605

Beyləqanda çörəkbişirmə sexində yanğın olub

Beyləqan rayonunda yanğın hadisəsi baş verib.

FHN-nin mətbuat xidmətindən News24.az-a dəxil olan məlumata görə ümumi sahəsi 1050 m² olan tikilinin (çörəkbişirmə sexi kimi fəaliyyət göstərir) içərisində sobanın elektrik avadanlıqları yanıb.

Tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.