Prezidentlərin maaşları azaldılır- Kim nə qədər qazanır?
    • 30-07-2018, 15:53
    • 1 010

Prezidentlərin maaşları azaldılır- Kim nə qədər qazanır?

Belə məlum olur ki, hazırda dünyada ən yüksək maaşı Sinqapurun baş naziri Li Hsien Loonq alır. Onun illik məvacibi 1 milyon 700 min dollardan bir qədər artıqdır. 

Slovakiyanın hazırkı prezidenti Andrej Kiska siyasətə varlı insan olaraq daxil olub. O, prezident kimi bütün maaşını xeyriyyə təşkilatına ianə verir.
2013-cü ildə Slovakiya prezidenti aylıq təxminən 9000 dollar maaş alıb.

Donald Trump digər ABŞ prezidentlərinin yolunu gedərək maaşının böyük hissəsini xeyriyyə təşkilatlarına verib və yalnız simvolik 1 dollar alıb. ABŞ prezidenti ildə təxminın 400 000 dollar qazanır.

2015-ci ildə Qərb sanksiyalarına görə Rusiya prezidenti Vladimir Putin və onun işçilərinin maaşlarının 10 faiz azaldıldığı bildirilmişdi.
Cənab Putin 2017-ci ildə 226 444 dollar qazandığını bəyan edib. Bu məbləğin yarıdan çoxu Moskva ərazisindəki mülkün satışından gəlib.

2015-ci ilə qədər hakimiyyətdə olmuş Uruqvay prezidenti Jose Mujica dünyanın ən kasıb prezidenti kimi tanınırdı. O, 9700 dollar olan aylıq maaşının 90 faizindən imtina etmişdi.

Bir çox liderlərin maaşlarından qismən imtina etmələrinə baxmayaraq onlar hələ də bir çox imtiyazlardan istifadə edirlər.

Lakin cənab Mujica köhnə maşın sürüb və prezident iqamətgahından imtina edərək kiçik bir daxmada yaşayırdı.

Regionda başqa bir ölkənin, Boliviya prezidenti Evo Morales maaşını ayda təxminən 1300 dollara endirib.

Boliviyada heç bir dövlər məmurunun prezidentdən daha çox qazanmasına icazə yoxdur.

2015-ci ildə Braziliyanın prezidenti olmuş Dilma Roussef ölkədəki iqtisadi böhrana görə dövlət iş yerlərinin sayını kəskin azaltmış və öz maaşını da 10 faiz aşağı endirmişdi. Beləcə o, ildə təxminən 68000 dollar qazanırdı.

Meksikanın prezidenti olacaq Andres Manuel Lopez Obrador (Amlo kimi tanınır) maaşını 60 faiz azaltmağı planlaşdırır.

Kanada prezidenti Stepan Harper 260 min dollarla ən çox maaş alan dövlət başçılarının siyahısında 3-cü sırada qərarlaşıb. 

O, siyahıda özündən sonra gələn lideri – Almaniya kansleri Angela Merkeli 26 min dollar qabaqlayır. Belə ki, xanım kanslerin illik məvacibi 234 min dollardır. 
Cənubi Afrika Respublikasının başçısı da öz maaşının çoxluğuna  görə fərqlənir. PrezidentZuma ildə 223.500 dollar maaş alır.
O, bu maaşla yüksək iqtisadi inkişafına görə fərqlənən ölkələrin - Böyük Britaniya və Yaponiya rəhbərlərini qabaqlayır. 

Böyük Britaniyanın baş naziri Devid Kemeronun  kartına yüklənən maaşın məbləği ildə 214.800 dollar olur. 
Yaponiyanın baş naziri Şinzo Abe isə ildə 202.700 dollar maaş alır. 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın tutduğu posta görə il ərzində aldığı maaş 197.400 dollar təşkil edir. O, bu göstərici ilə Fransa prezidenti Fransua Ollandı 3100 dollar qabaqlayır. 

Belə ki, Fransa prezidentinin illik maaşı 194.300 dollara bərabərdir.