-
- 18-01-2024, 15:03
- 272
"İrəliləyişin olmaması İrəvanın mövqeyi ilə bağlıdır" - Lavrov
"Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasında irəliləyişin olmaması Qərbdən məsləhət alan İrəvanın mövqeyi ilə bağlıdır".
News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş geniş mətbuat konfransında deyib.
Lavrov bildirib ki, səbəbi İrəvanın mövqeyində görür: "İrəvana kimin məsləhət verdiyini bilmirəm. Amma biz gördük ki, Avropa İttifaqı, Fransa, Almaniya, ABŞ dərhal anladı ki, Rusiya-Ermənistan-Azərbaycan prosesi öz nəticəsini verir. Həm marşrutların bağlanması, həm sərhədlərin demarkasiyası, həm də sülh müqaviləsinin hazırlanması zamanı onlar dəvət olmadan dərhal bu proseslərə qarışmağa başlayıblar".
Qumral