"Rusiya bu plandan xəbərsiz idi" - Lavrov
    • 3-11-2023, 16:04
    • 143

"Rusiya bu plandan xəbərsiz idi" - Lavrov

Rusiya İsrailin fələstinliləri Qəzza zolağından Misir və Kanadaya köçürmək planından xəbərsizdir.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Salem Abdulla əl-Cabir əs-Sabah ilə danışıqların yekunlarına dair mətbuat konfransında deyib.

"Kanada haqqında ümumiyyətlə eşitməmişəm, baxmayaraq ki, son vaxtlar Kanadanın mövqeyi və hərəkətləri ilə bağlı yayılan heç nə məni təəccübləndirmir. Çoxlu fikirlər gəzir, hər biri BMT Təhlükəsizlik Şurasının Fələstin dövlətinin yaradılması ilə bağlı qərarını dəfn etməsə də, gecikdirmək məqsədi daşıyır”-deyə, nazir bildirib.

Ülkər Abdurahmanlı