-
- 18-01-2024, 16:50
- 173
Daha üç namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb
Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.
News24.az Trend-ə istinadən xəbər verir ki, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.
Belə ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.