Azərbaycanlı reper mahnısına görə 30 SUTKA HƏBS OLUNDU
    • 13-04-2019, 22:02
    • 2 189

Azərbaycanlı reper mahnısına görə 30 SUTKA HƏBS OLUNDU

Bir müddər öncə "Kazbekə şey basım" mahnısına görə həbs olunan meyxanaçı Vüqar Sədadan sonra indi də Ruzigar ləqəbi ilə tanınan reper Aydın Hüseynov söylədiyi "Mal, mal" trekinə görə həbs olunub.

News24.az-a açıqlama verən reperin meneceri Orxan bildirib ki, A.Hüseynov ötən gün Sumqayıt şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Menecer qeyd edib ki, bu gün Aydın Hüseynovun 30 sutkalıq həbs olunduğu barədə onlara məlumat verilib.

Teymur MƏMMƏDOV