Azərbaycan və Hindistan XİN başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
    • 19-01-2024, 21:09
    • 240

Azərbaycan və Hindistan XİN başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov hindistanlı həmkarı Subrahmanyam Cayşankar ilə görüşüb.

News24.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

Görüş Qoşulmama Hərəkatının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və Hindistan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərini müzakirə ediblər.

Ceyhun Bayramov “X” sosial şəbəkəsindəki hesabında qeyd edib ki, görüş zamanı ikitərəfli münasibətlərin perspektivləri və cari problemlər müzakirə olunub.

Azərbaycan XİN başçısı vəziyyəti gərginləşdirə biləcək addımlardan çəkinməyin vacibliyini də vurğulayıb.

Paylaşımda o da bildirir ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.