Lənkəranda Zəlzələ oldu
    • 14-04-2019, 13:30
    • 1 403

Lənkəranda Zəlzələ oldu

Aprelin 14-də gecə saatlarında Lənkəranda zəlzələ olub.  Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzind'n News24.az-a verilən məlumata görə, ötən gecə yerli vaxtla saat 03.16-da Lənkəran stansiyasından 19 km şimal-qərbdə, Lənkəran ərazisində 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə və yaxın rayonlarda 3 bala qədər hiss olunub.