-
- 20-01-2024, 18:22
- 242
Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
Yanvarın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü, gilavar küləyinin axşam arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir.
News24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Tibbi-meteoroloji proqnozunda qeyd edilib.
Bildirilib ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.