"Xəzər" TV-nin efirində Mənzurə Musayevanı biabır etdilər
    • 30-07-2018, 16:31
    • 2 128

"Xəzər" TV-nin efirində Mənzurə Musayevanı biabır etdilər

DJ Roshka prodüser Tarix Əliyevin aparıcılıq etdiyi "Hər şey daxil" verilişinin qonağı olub. 

O, müğənni Mənzurə Musayeva ilə iştirak etdiyi toylardan birində yaşanan xoşagəlməz hadisə haqda danışıb:

“Bir müddət öncə müğənni Mənzurə Musayeva ilə eyni toya getmişdik. Mənzurə xanım bütöv toyu aparırdı. Oxuduqca onun əlinə pul verirdilər, özü də yaxınlaşıb pul götürürdü. Pul topladığı üçün bizə növbə vermədi.

Saat 11-in yarısı səhnəyə çıxmalı idik, 12-in yarısına kimi oxudu. Yanımda çalışan Rüstəm ona yaxınlaşdı ki, imkan verin, biz də oxuyaq.

O da soruşub ki, siz neçəyə toya gedirsiniz? Mən 8 min almışam. Axır ev yiyəsi yaxınlaşıb, dedi ki, gənclər oynamaq istəyir. Sonra bizə söz verildi.
Ondan əlavə Damla  gəlmişdi. Biz birlikdə Damla ilə performansımızı göstərdik. Sonra Mənzurə dedi ki, Damladan sonra mən oxuyum, sonra oxuyarsınız. Beləliklə, 12-ə qalmışa kimi gözlədik”.

Teymur Məmmədov