"Xanımımla hər mövzuda söhbət edə bilirəm"
    • 21-01-2024, 20:03
    • 503

"Xanımımla hər mövzuda söhbət edə bilirəm"

"Ailədə bir dənə deyil, bir neçə musiqiçi olanda daha yaxşı və gözəldir. Nəyə görə? Çünki hər bir mövzuda oturub söhbət edə bilirik (həyat yoldaşı Aysel İbrahimovanı nəzərdə tutur - red.). Onunla musiqinin hər janrından oturub söhbət edə bilirik".

News24.az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu həyat yoldaşı Aysel İbrahimova ilə qonaq olduğu "Özəl" verilişində deyib.

Sənətçi aparıcı Kazım Sübhanın "Bir ailədə bir musiqiçi olmalıdır?" sualına belə cavab verib:

"Bəzən olub ki, demişəm ki, bu musiqinin bu hissəsi belə olmalıdır. Xanımım Aysel isə deyib ki, sən düz demirsən, elə belə olmalıdır. Sonda elə Aysel dediyi düz çıxıb. Ona görə Allah bizi xoşbəxt etsin".

Eyni suala isə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aktrisası Aysel İbrahimova isə belə reaksiya verib:

"İkimiz də eyni işi görürük və ikimiz də musiqi sahəsində olduğumuza görə, ikimizə də bu mövzuda anlaşmaq çox asandır. O, mənə məsləhət verir. Özüm çox tənbəl insanam və bunu etiraf edirəm. Amma Hüseyn mənə hər zaman dəstəkdir. Bəzən olur ki, mənə söyləyir ki, filan mahnını oxu. Bu mahnını yazdır. Biraz tənbəllik etsəm də amma Hüseyn məni hər zaman silkələyir. Hüseyni tanımazdan əvvəl yalnız səhnələrdə ifa etmişəm".

Qeyd edək ki, Hüseyn və Aysel cütlüyünün Məhəmməd adlı bir oğlan övladı var. Bu Hüseynin sayca ikinci evliliyidir. Bundan öncəki nikahından musiqiçinin iki qızı var.