Aysel Samirəni seçməyinin səbəbini açıqladı
    • 16-01-2023, 10:11
    • 413

Aysel Samirəni seçməyinin səbəbini açıqladı

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun "Səs Azərbaycan" yarışmasına qatılan həyat yoldaşı Aysel İbrahimova açıqlaması ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, Aysel Hüseynin aşıqlar haqqında dediyi "Aşıq, saz çalan estradadan danışırsa, kül Azərbaycan estradasının başına" sözlərini dəstəkləyib.

Yarımada aşıq Samirə Əliyevanı seçən Aysel bunun səbəbini də açıqlayıb:

"Aşıq Samirəni ona görə seçmədim ki, o, böyük sənətkardır. Böyük sənətkara qalsa, orada Gülyaz Məmmədova var idi. Gözümü açandan Gülyaz və Gülyanaq bacılarını səhnədə görmüşəm. Onların peşəkar ifalarını dinləmişəm. Sənətkarlığa qalanda mən Gülyaz xanımı seçərdim. Aşıq Samirəni seçməyimin səbəbi Hüseynin dostu olması idi. Bəli, "idi". Sırf buna görə onu seçdim. Ola bilər ki, siz indi dediklərimi anlamayacaqsınız. Amma gələn həftələrdə, ayda, gündə söylədiklərim hər birinizə aydın olacaq.

Gələk, Hüseynin yazdığı statusa. Hüseyn çox emosionaldır. Ona görə də emosional çıxış edib. Amma insanın dediyində həqiqət var. Aşıq musiqisini ifa edən insan estrada ifaçısı haqqında düzgün qərar, rəy bildirə bilməz. Eləcə də estrada ifaçısı aşıq sənəti haqqında heç nə deyə bilməz. Burada nə var ki? Bu açıq aşkar ortadadır. Heç bir janrın ifaçısı heç bir janr haqqında fikir bildirə bilməz. Mənə də sübut oldu ki, doğrudan da, bu belədir. Gərək hərə öz janrında olan insandan düzgün fikir alsın".