-
- 22-01-2024, 15:42
- 269
"Bu xəbəri eşidəndə Ramil Şeydayevə zəng etdim, dedim ki…"
«Mən ilk növbədə onun özünə görə çox sevindim».
News24.az xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında «Zirə»nin baş məşqçisi Rəşad Sadıqov deyib.
Vaxtilə «Kocaelispor»un formasını geyinmiş keçmiş müdafiəçi Ramil Şeydayevin bu klubla anlaşmasına münasibət bildirib.
O, I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayan millinin hücumçusunun Türkiyədə uğurlu karyera quracağına inandığını söyləyib:
«Orada qısa bir müddət çıxış etsəm də, «Kocaelispor»a məhəbbətim var. Şəhərə və azarkeşlərinə böyük simpatiya bəsləyirəm və bunu da həmişə demişəm.
Şeydayevlə münasibətərim hər zaman yaxşı olub. Hər iki tərəfin adına çox sevindim, şad oldum.
Böyük həyacanlı Ramilin «Kocaelispor»dakı çıxışını gözləyirəm. Aramızda telefon danışığı oldu, mən özüm Şeydayevlə əlaqə saxladım. Mətbuatda ilk xəbəri gördüm, çox maraqlı gəldi mənə.
Onda Ramil hələ tam qərar verməmişdi. Fikirləşirdi və mənə də bəzi suallar verdi.
Mən də ona «Kocaelispor»un düzgün seçim olacağını söylədim. Bildirdim ki, bu komandanın çox möhtəşəm azarkeşləri var.
Dedim ki, oyunlar vaxtı stadionda möhtəşəm atmosfer yaradırlar. Ertuğrul Sağlam haqda bir az məlumat verdim. Çox yaxşı məşqçi və inan olduğunu bildirdim.