"Dinamo" Ramil Şeydayevlə yollarını ayırıb
    • 9-01-2020, 21:16
    • 1 427

"Dinamo" Ramil Şeydayevlə yollarını ayırıb

Rusiyanın "Dinamo" (Moskva) klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.
News24.az "Report"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, Ramil Şeydayev ötən ilin yayında "Dinamo"ya keçib. 23 yaşlı hücumçunun klubla müqaviləsi mövsümün sonunda başa çatmalı idi.