Azərbaycanda qızılcanın yayılması ilə bağlı SON DURUM
    • 23-01-2024, 10:53
    • 194

Azərbaycanda qızılcanın yayılması ilə bağlı SON DURUM

Azərbaycanda qızılca əleyhinə vaksinasiya ilə bağlı ciddi tədbirlərin həyata keçirilməsi, o cümlədən, ölkədə qüvvədə olan “Profilaktik peyvəndlər təqvimi”nə əsasən uşaqların sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə 1 və 6 yaşlarında olan bütün uşaqlar 2 dəfə qızılca, epidemik parotit və məxmərək infeksiyalarına qarşı vaksinasiyanın davam etdirilməsi, qızılca peyvəndindən kənarda qalan və ya qızılca xəstəliyi keçirməyən uşaqların və qızılcaya həssas 11-40 yaşlı əhali qruplarının da peyvəndlənməyə cəlb edilməsi, eyni zamanda qızılca hadisələrinin aktiv aşkar olunması və infeksiya ocaqlarında əksepidemik tədbirlərin aparılması nəticəsində respublikada qızılca xəstəliyinin səviyyəsində azalma müşahidə olunur.

News24.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, azalıma 2024-cü ilin yanvar ayından qeydə alınıb.