-
- 23-01-2024, 13:53
- 185
"Oğru dünyası" ilə əlaqəli 5 nəfər saxlanıldı
Mərkəzi Kriminal Polis İdarəsinin əməkdaşları məhkəmənin qərarı ilə "Oğru dünyası" ilə əlaqəli Tbilisi və İmeretidə 5 nəfər saxlayıblar.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, iş üzrə aparılan kompleks istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, həbs olunan 1978, 1961, 1977, 1973 və 1978-ci il təvəllüdlü şəxslər müxtəlif cinayət əməllərində fəal iştirak ediblər.
Sözügedən şəxslər “oğrular aləmi”nə üzv olmaq, “oğrular toplantısında iştirak etmək”, “oğrular aləmi”nin fəaliyyətinə dəstək olmaq, “oğru dünyasının üzvünə müraciət etmək”, dəstə ilə məcburi pul tələb etmək və dəstədə iştirak etməkdə ittiham olunurlar.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardıqları intensiv araşdırmalar, o cümlədən hakimin hökmü əsasında həyata keçirilən gizli istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, iki tərəf arasında yaranmış maliyyə mübahisəsini həll etmək məqsədilə gizli məhkəmə prosesi təşkil edilib.
Təqsirləndirilən şəxslər zəng edib Oğruların adət-ənənəsinə uyğun təşkil edilən iclasda mübahisə edən tərəfə qarşı tərəfin xeyrinə müəyyən məbləğdə pul ödəməsi tapşırılıb. Əks halda, şəxsi qisasla hədələyiblər.
Polis, şübhəlilərin şəxsi və yaşayış evlərində apardığı axtarışlar nəticəsində onların bir-biri ilə əlaqə saxladıqları mobil telefonları dəlil kimi götürüb.
Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxsləri 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Nəzrin